"Turan Tovuz" klubu ciddi itki ilə üzləşib. Bu barədə Sport24.az-a bölgə təmsilçisindən məlumat verilib.
Tovuz klubunun aparıcı oyunçularından Filip Ozobiç cəzalı duruma düşüb.
Buna 34 yaşlı yarımmüdafiəçinin Misli Premyer Liqasının XIX turunda "Karvan-Yevlax"ı məğlub etdikləri matçda sarı vərəqə alması səbəb olub.
Cari mövsüm dördüncü dəfə bu halla üzləşən Azərbaycan millisinin sabiq üzvü XX turda "Şamaxı" ilə qarşılaşmada iştirak etməyəcək.
Qeyd edək ki, fevralın 16-da keçiriləcək "Şamaxı" - "Turan Tovuz" oyunu saat 14:30-da start götürəcək.