Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları bəlli olub. Sport24.az xəbər verir ki, Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyacaq.
Qeyd edək ki, noyabrın 4-də start götürən İslamiada bu gün başa çatacaq.