Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə iki ölkədən maraq var. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
28 yaşlı hücumçu ilə Belçika və Polşa təmsilçiləri maraqlanır. Hələlik klubların adlarını dəqiqləşdirə bilməsək də, onların azərbaycanlı forvardın agenti ilə təmasa keçəcəyi gözlənilir.
Qeyd edək ki, Mahir Emreli 2021/2022 mövsümündə Polşada "Legiya"nın formasını geyinib. Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən oyunçu heyətlə düşməklə bağlı problem yaşayır. O, uzun müddətdən sonra heyətə dönsə də, zədələnərək ili başa vurub.