Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında II dövrəyə start veriləcək. Sport24.az xəbər verir ki, XII turun açılış oyunu bölgədə baş tutacaq.

 

16 ildən sonra Yevlaxda Premyer Liqa matçı keçiriləcək. "Karvan - Yevlax" "doğma divarlar" arasında "Kəpəz"i qəbul edir. Hər iki komanda turnir cədvəlinin zirzəmisində qərar tutduğundan, istər meydan sahibləri, istərsə də qonaqlar üçün bu oyunun əhəmiyyəti çox böyükdür. "6 xallıq" oyunda kim qalib gələcək? Gəncəlilər 3 xal qazanacağı halda yevlaxlılar sonuncu 12-ci pilləyə yuvarlanacaq. Meydan sahibləri rəqibini üstələyəcəyi halda isə hazırda son pillədə qərarlaşan "sarı-göylər"lə xal fəqini 5-ə çatdıracaq.

 

Qeyd edək ki, oyunun start fiti saat 14:00-da çalınacaq. 

 

Misli Premyer Liqası

II dövrə, XII tur

14:00. "Karvan-Yevlax" - "Kəpəz"

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev 
AFFA nümayəndəsi: İlham Əliyev
Yevlax. Şəhər stadionu.