Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının 1/4 finalında bu gün Gürcüstanla üz-üzə gələcək. Sport24.az xəbər verir ki, komandalar arasında iki görüş baş tutacaq.
Yekunda qalıb bəlli olmasa, sabah taybreykdə yarımfinala yüksələn komanda müəyyənləşəcək.
Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətullayeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Dünya çempionatı noyabrın 23-də başa çatacaq.