Sürətli şahmat üzrə ikiqat dünya çempionu hindistanlı Humpy Koneru Qadınlar arasında keçiriləcək "Namizədlər Turniri"ndən imtina edə biləcəyini açıqlayıb. Yarış 28 mart - 16 aprel aralığında Kiprdə keçiriləcək. Sport24.az xəbər verir ki, o, bu barədə" Hindustan Times" qəzetinə açıqlama verib:

 

"Namizədlər Turniri" mənim üçün çox şey ifadə edir və hətta karyeramda sonuncu ola bilər. Tezliklə 39 yaşım tamam olur və yenidən bu yarışda iştirak edəcəyimə heç bir zəmanət yoxdur. Amma düşünürəm ki, vəziyyətə bütövlükdə baxmaq ədalətlidir. Xəbərləri diqqətlə izləyirəm və ailəm, dostlarımla ünsiyyətdə oluram. Düşünmürəm ki, yalnız bir turnirdə iştirak etmək naminə özümü riskə ata bilmərəm".

 

"Namizədlər Turniri"ndə həmçinin rusiyalı Aleksandra Qoryaçkina və Yekaterina Laqno, çinli idmançılar Zhu Jiner və Tan Zhongyi, hindistanlı idmançılar Divya Deşmux və Vayşali Rameşbabu, eləcə də Qazaxıstandan Bibisara Asaubayeva iştirak edəcək. 

 

Qeyd edək ki, fevralın 28-də İsrail və ABŞ İrana qarşı hərbi əməliyyata başlayıblar. Ölkədəki hərbi obyektlərə və şəhərlərə hava və raket zərbələri endirilir.