"Qol epizodlarından maksimum yox, minimum istifadə etməyimiz ən böyük problemimizdir. Buna görə turnir cədvəlində 4-cü pillədəyik". Bu sözləri Sport24.az-a açıqlamasında"Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Bölgə təmsilçisinin çalışdırıcısı I Liqanın 8-ci turunda "Şahdağ Qusarı"ı məğlub etdikləri oyunu şərh edib:

"Qol vurmaq problemimiz davam edir. Fiziki durumda çatışmazlıq yoxdur, oyunboyu topa nəzarət də bizdə olur. "Şahdağ Qusar"ın güclü komandadır. Keyfiyyətli futbolçuları var. Onlara qarşı matç asan keçmir. Rəqibi təhlil etmişdik və üstün cəhətlərini bilirdik. Həyatda mümkünsüz heç nə yoxdur. Turnir cədvəlində daha da irəli gedə bilərik. Qələbə seriyasını davam etdirib, turnir cədvəlində 3-cü pilləyə yüksəlmək istəyirik. Növbəti turda rəqibimiz "Şimal"dır. Autsayder komandalara qarşı futbolçuları motivasiya etmək çətindir. İnşallah, qalib gəlmək üçün hər şey edəcəyik".

Qeyd edək ki, "Zaqatala" - Şahdağ Qusar" matçı meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.