Bu gün Azərbaycan 1-ci liqasında 13 günlük fasilə başa çatıb. Sport24.az xəbər verir ki, 20-ci turun ilk günündə 3 matç keçirilib.

 

MOİK "Cəbrayıl"la, "Zaqatala" "Difai" ilə, "Səbail" isə "Bakı Sportinq"lə qarşılaşıb.

 

Tura sabah oynanılacaq 2 görüşlə yekun vurulacaq.

 

2 aprel (cümə axşamı)

 

15:00. MOİK – "Cəbrayıl" - 2:1

Qollar: Custis Kvame Akuqe, 29; Samir Məhərrəmli, 90-pen. // Firəddin Abdullayev, 34
Binə qəsəbə stadionu

 

15:30. "Zaqatala" – "Difai" - 1:0

Qol, R.Şabanov, 49-pen.
Zaqatala OİK stadionu


17:00. "Səbail" – "Bakı Sportinq" - 1:0

Qol: S.Bağırov, 87
"Bayıl Arena"