Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarının keçiriləcəyi saatlar açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat paylaşıb.

 

Qeyd edək ki, "Şahdağ Qusar" "Turan Tovuz"u Şamaxıda yox, Sumqayıtda qəbul edəcək. "Difai" - "Sumqayıt" qarşılaşmasının da məkanı dəyişib.

 

2 dekabr (çərşənbə axşamı)

15:00."Şahdağ Qusar" – "Turan Tovuz"
"SOCAR Polymer Arena"

19:00."Zirə" – "Neftçi"
Zirə İdman Kompleksinin stadionu

 

3 dekabr (çərşənbə)

14:00."Şamaxı" – "Baku Sportinq"
Şamaxı şəhər stadionu

14:00."İmişli" – "Sabah"
Quba OİK stadionu

19:00."Qarabağ" – "Karvan-Yevlax"
"Azersun Arena"

 

4 dekabr (cümə axşamı)

15:00."Qəbələ" – "Şəfa"
Qəbələ şəhər stadionu

19:00."Araz-Naxçıvan" – "Kəpəz"
"Liv Bona Dea Arena"

19:00."Difai" – "Sumqayıt"
M. H. adına Sumqayıt şəhər stadionu

 

Qeyd 1: "Şahdağ Qusar" klubunun ev oyunlarını keçirdiyi Şamaxı OİK stadionu kubokun 1/8 final mərhələsinin oyunlarını qəbul etmək üçün yararlı olmadığından "Şahdağ Qusar" – "Turan Tovuz" oyunu "Socar Polymer Arena"da baş tutacaq.

Qeyd 2: Ağsu şəhər stadionu 1/8 final mərhələsinin oyunlarını qəbul etməyə hazır olmadığı üçün "Difai" – "Sumqayıt" oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd 3: Azərbaycan Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq.