Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. Sport24.az bildirir ki, yığmamız yarımfinalda Misir yığmasını 22:15 hesabı ilə məğlub edib.

 

Komandamızın finaldakı rəqibi Türkiyə - İran matçının qalibi olacaq. Həlledici qarşılaşma bu gün keçiriləcək.