"Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" almaniyalı qolkiperi transfer etmək istəyir.
Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
İstanbul nəhəngi 33 yaşlı "əlcək sahibi"ni 8 milyon avroluq satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. Yekun qərarı futbolçunun klubu verəcək.
Qeyd edək ki, "Barselona" Mark-Andre Ter Ştegeni 2014-cü ilin yanvar ayında Münhenqladbax "Borussiya"sından 12 milyon avroya transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.