PSJ və "Marsel" komandaları arasında keçiriləcək Fransa Superkuboku uğrunda oyunun tarixi və məkanı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.

 

Matç 2026-cı il yanvarın 8-də Küveytin paytaxtı Küveytdəki Caber Əl-Əhməd stadionunda baş tutacaq.

 

Qeyd edək ki, Fransa Superkuboku uğrunda qarşılaşma 2009-cu ildən ölkə xaricində təşkil olunur. Görüş daha əvvəl Qətər, İsrail, Çin, Mərakeş, ABŞ, Tunis və Kanadada keçirilib.