Superağır çəkidə bütün kəmərləri cəmləşdirmək uğrunda Aleksandr Usiklə Tayson Fyuri arasındakı döyüş baş tutmayacaq. Sport24.az xəbər verir ki, bu barədə məşhur jurnalist Stiv Kem məlumat verib.

O, ukraynalı boksçunun meneceri Eqis Klimasdan bu məlumatı aldığını söyləyib: “Elə indicə Klimasla söhbət etdim. O, mənə aprelin 29-na nəzərdə tutulan döyüş üçün Usikin danışıqları dayandırdığını söylədi. Bundan sonra Aleksandr öz üzərinə düşən çempionluq öhdəliklərini yerinə yetirəcək. Aleksandr hər cür güəştə getdi, amma Fyuri hər dəfə yeni tələblər irəli sürdü”.