Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) Rusiya və Belarus idmançılarını öz bayrağı altında keçirilən yarışlara buraxması əleyhinə kampaniyalar davam edir. Sport24.az xəbər verir ki, Avropanın aparıcı ölkələri məhz buna görə beynəlxalq yarışlara ev sahibliyi etməkdən imtina edir.

FİE-nin bu qərarına Ukrayna Qılıncoyntama Federasiyası da qarşı çıxıb. Qurum idmançılarına beynəlxalq yarışlarda iştirak etməyə qadağa qoyub.

Ukraynalılar bununla kifayətlənməyib digər ölkələri də boykota səsləyib. Məsələ ilə bağlı beynəlxalq qurumlara şikayət məktubları da ünvanlanacaq.