Topla hokkey üzrə Finlandiya millisinin aparıcı oyunçusu Tuomas Myayattya dünya çempionatında iştirak edəcək komandanın heyətindən çıxarılıb. Sport24.az xəbər verir ki, buna səbəb onun Rusiya çempionatında çıxış etməsidi.

Finlandiya Topla Hokkey Assosiasiyasının icraçı direktoru qərarı təsdiqləyib: “Biz artıq qərara gəlmişik: Rusiya klublarında oynayan finlandiyaılıar öz ölkəsinin millisini təmsil edə bilməz. Amma bu, indiki məqam üçündür. Onların gələcək taleyi ilə bağlı hələ qərar qəbul edilməyib”.

Xatırladaq ki, topla hokkey üzrə dünya çempionatı martın 28-də İsveçdə start götürəcək. Xatırladaq ki, bu yarış pandemiya dövründə keçirilməyib.