Beynılxalq Atletika Assosiasiyası Rusiya Atletik Federasiyasının üzvlüyünü bərpa edib. Sport24.az xəbər verir ki, buna baxmayaraq, rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirak etmək qadağası ləğv olunmayıb.

Qurum sadəcə, dopinq qalmaqalına görə ruslara qarşı olan cəzanı qüvvədən salıb. Amma bu ölkənin atletləri Ukraynada baş verən proseslərə görə yüngül atletika yarışlarında çıxış edə bilməz.

Xatırladaq ki, atletlərinin kütləvi şəkildə dopinq istifadəsinə görə Rusiya Atletika Federasiyasının üzvlüyü 2015-ci ildən bəri ləğv olnumuşdu. Buna baxmayaraq, Beynəlxalq Atletika Federasiyası rusları yenə də ciddi nəzarət altında saxlayacaq.