Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyun cədvəlləri bəlli olub. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

 

Aprelin 12-də final mərhələsinin I-IV yerlər uğrunda mübarizəsində 3 qarşılaşma olacaq. Saat 13:00-da "AHF Arena"nın meydançasına qadınlardan ibarət "İdman Akademiyası" və "Kür" komandaları çıxacaqlar.

 

"Qarabağ" - "Azəryol" oyunu saat 15:00-da start götürəcək. İlk iki pillədə qərarlaşan rəqiblərin görüşü böyük maraqla gözlənilir.

 

Saat 17:00-da isə kişilərin çempionatında liderlərin oyunu baş tutacaq. "Bakı" və "Kür" üz-üzə gələcək.

 

Aprelin 13-də kişi həndbolçuların çempionatında daha 2 oyun keçiriləcək. Əvvəlcə V-VI yerlər uğrunda mübarizə aparan "Dinamo" "Təhsil"lə qarşılaşacaq. "AHF Arena"da təşkil olunacaq görüş 12:00-da başlayacaq. Saat 14:00-da isə "Gənclər Birliyi" və "İdman Akademiyası" üz-üzə gələcək.