Bu gün Misli Premyer Liqasının 30-cu turu çərçivəsində daha iki qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk oyunu Tovuzda keçiriləcək.
"Kəpəz" avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Araz-Naxçıvan"ı qonaq edir. Gəncə təmsilçisi hazırda 27 xalla təhlükəli zonadadır. "Sarı-göylər" bu matçda qalib gələcəyi halda, turnir cədvəlində "Sumqayıt"ı geridə qoyaraq 8-ci pilləyə yüksələcək aktivində 51 xal olan naxçıvanlılar isə turnir cədvəlinin 3-cü yerdədir.
Qeyd edək ki, matçın start fiti saat 17:00-da səslənəcək.
Misli Premyer liqası
IV dövrə, XXX tur
17:00. "Kəpəz" - "Araz-Naxçıvan" 0:0 (2-ci hissə)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Tovuz. Şəhər stadionu.
"Kəpəz": 1. Rojerio Santos 12. Turan Manafov 5. Rauf Hüseynli 8. Elmir Tağıyev 21. Camal Cəfərov 26. Valdemar Almeyda 9. Luis Paçu 29. Dioqo Verdaska 78. Yeqor Xvalko (k) 28. Rati Ardazişvili 88. Şevroni Mabatşoev
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 2. İlkin Qırtımov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 70. Nicat Süleymanov 6. Nemət Musayev 17. Ümid Səmədov 19. Sadiq Şəfiyev 41. Seymur Xəlilov 11. Trent Buhagiar 10. Karim Lkoça.
Baş məşqçi: Azər Bağırov.
"Araz-Naxçıvan": 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 2. Slavik Alxasov 26. Ömər Buludov 16. Ramon Maçado 29. Vanderson Melo 8. Karlos Jatoba 4. İqor Ribeyro 97. Felipe Santos 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 6. Vadim Abdullayev 7. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 17. İssuf Paro 23. Nuno Rodriqes.
Baş məşqçi: Elmar Baxşıyev.