"Bavariya" futbolçusu Joao Palninyanı satmaq qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Kristian Falk məlumat yayıb.
Mənbənin sözlərinə görə Münhen klubunun baş məşqçisi Vinsent Kompani yarımmüdafiəçidən razı deyil. Mütəxəssis hesab edir ki, 29 yaşlı portuqaliyalı onun oyun tərzinə uyğun deyil.
"Bavariya"nın Palninyanın transferi üçün xərclənən pulun bir hissəsini geri alacağını gözlədiyi bildirilir. Münhenlilər ötən il bu futbolçu üçün "Fulhem"ə 51 milyon avro ödəyib.
Joao cari mövsümdə "Bavariya"nın heyətində 21 oyun keçirib.