"Qarabağ" "Səbail"i komanda və ustalıq baxımından üstələyir. Sadəcə meydança amili təsir edə bilərdi. "Qarabağ" bu oyuna yaxşı köklənmişdi, əsas heyətlə çıxmışdı. Qurban Qurbanov bir neçə oyundur ki, eyni heyətlə oyuna start verir. Bu, daha çox kubok və gələcək matçları düşünməsindən xəbər verir. "Səbail" yəqin ki, Premyer Liqadan düşməsi ilə barışıb".
Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
O, Misli Premyer Liqasının 30-cu turunda baş tutan qarşılaşmaları şərh edib:
"Turan Tovuz" "Sabah" oyunu 6 xallıq matç idi. "Sabah" qələbə qazansaydı, Tovuzlulara yaxınlaşa bilərdi. Oyuna "Sabah" yaxşı başladı, qol vurdu. Oyunun dönüş nöqtəsi qırmızı vərəqə idi. Üstünlük avtomatik "Turan Tovuz"a keçdi. Onlar qələbə qazanaraq turnir cədvəlində vəziyyətini yaxşılaşdırdı. "Sabah" isə tam gücünü kuboka verməlidir".
"Sumqayıt" və "Şamaxı" komandaları turnir cədvəlində bir-birinə yaxındırlar. "Şamaxı" son iki oyunda məğlub olurdu. Ruh yüksəkliyi meydan sahibləri tərəfdə idi. Evdə oynayırdılar, hesabı açdılar, üstün oynayırdılar. İkinci hissədə "Şamaxı" dönüş yaradaraq vacib qələbə qazandı".
"Kəpəz" evdə oynasa da, favorit "Araz-Naxçıvan" görünürdü. Naxçıvan təmsilçisinə xal daha vacib idi ki, turnir cədvəlində "Zirə"yə yaxınlaşsın. Bərabər səviyyəli oyun gedirdi. Sonda qazanılan bir xal hər iki klubu qane etdi".
"Neftçi" - "Zirə" qarşılaşması dinamik alındı. İlk hissədə "Neftçi" iki qol vurdu. Son dəqiqələrdə buraxılan qollar "Zirə"yə motivasiya baxımından üstünlük verdi. "Zirə"də oyuna sonradan daxil olan futbolçular daha çox xeyir verdi, nəinki "Neftçi"nin.
Neftçi"də.