"Betis" və ABŞ millisinin yarımmüdafiəçisi Conni Kardozo bir neçə Premyer Liqa klubunun diqqətini çəkib. Sport24.az xəbər verir ki, oyunçunu diqqətdə saxlayan "Tottenhem"ə "Çelsi" və "Bornmut" da qoşulub. Hər iki klub transfer haqqı olaraq 35 milyon avro təklif etmək istəyir.

 

Bu rəqəmin 30 milyon avrosu sabitdir, qalan 5 milyon avro isə futbolçunun gələcək performansından asılıdır.

 

"Fichajes"in sözlərinə görə, bu məbləğin "ağ-yaşıllar"ın futbolçunu satmağa razı salacağı gözlənilir. Mənbənin sözlərinə görə, Kardozo "Bornmut"da "Çelsi" ilə müqayisədə daha çox oyun keçirə və milli komanda yoldaşı Tayler Adamsla tandem yarada bilər. 

 

24 yaşlı yarımmüdafiəçi bu mövsüm La Liqada 23 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.