"Real"ın məşqi zamanı müdafiəçi Antonio Rudiger və yarımmüdafiəçi Cude Bellinqem arasında az qala dava düşüb. Sport24.az xəbər verir ki, Bu barədə "El Chiringuito" məlumat yayıb.
Mənbənin sözlərinə görə, ötən cümə Rudiger və Bellinqem arasında münaqişə baş verib. İkitərəfli oyun zamanı almaniyalı futbolçu Cudeyə qarşı həddən artıq sərt oynayıb. Bu da qarşı tərəfin xoşuna gəlməyib və tərəflər arasında insident yaşanıb. Bir-birinin üstünə gedən futbolçuları komanda yoldaşları ayırıb.
Qeyd edək ki, "Real" Çempionlar Liqasının ¼ final mərhələsi çərçivəsində sabah "Arsenal"la cavab qarşılaşmasına çıxacaq. Xatırladaq ki, ilk oyun İngilislərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.