"Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Çempionşip təmsilçisi "Suonsi Siti"nin yeni həmsahiblərindən biri olub. Sport24.az xəbər verir ki, bu barədə Uels klubunun mətbuat xidməti məlumat yayıb.

 

Məsələ ilə bağlı açıqlama verən xorvatiyalı ulduz klubun gələcək inkişafında pay sahibi olmaq istədiyini bildirib:

 

"Bu, heyrətamiz bir fürsətdir. "Suonsi" inanılmaz fanat bazasına və ən yüksək səviyyədə çıxış etmək istəyinə malikdir. İnanıram ki, təcrübəmi klubla bölüşə bilərəm. Məqsədim klubun müsbət mənada böyüməsini dəstəkləmək və gözəl gələcəyin qurulmasına kömək etməkdir".

 

Qeyd edək ki, 42 oyundan sonra aktivində 54 xal olan "Suonsi" tunir cədvəlində 12-ci yerdədir. İlk pillədə isə 88 xalla "Lids" qərarlaşıb.