"Barselona" futbolçusu Dani Olmonun durumu ilə bağlı açıqlama yayıb. Sporti24.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi artıq zədədən bərpa olaraq komanda ilə məşqə çıxıb.
Onun növbəti həftədə yaşıl meydana tam qayıdacağı gözlənilir.
Qeyd edək ki, Dani Olmo La Liqanın 27-ci turundan "Osasuna" ilə təxirə salınan matçın (3:0) 28-ci dəqiqəsində sıradan çıxaraq oyunu tərk edib. O, sağ ayağının əzələsindən zədələnib.