"Sevilya"nın mətbuat xidməti komandanın yeni baş məşqçisi Xoakin Kaparrosun təyin olunduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, 69 yaşlı ispan məşqçi bu postda Qarsiya Pimientanı əvəzləyib.

 

Kaparrosun klubla müqaviləsinin mövsümün sonuna qədər davam edəcəyi bildirilir. 

 

Mütəxəssis daha əvvəl 2000-2005-ci illərdə "Sevilya"nı çalışdırıb. O, 2018 və 2019-cu illərdə də bir neçə ay komandanın baş məşqçisi olub. 

 

"Sevilya" İspaniya La Liqasında 31 oyundan sonra 36 xalla 14-cü pillədə qərarlaşıb.