Məhşur rusiyalı hokkeyçi, ''Filadelfiya''nın forvardı Aleksandr Oveçkin maraqlı addım atıb Sport24.az xəbər verir ki, o, ''I'm okay. Russian muchine never breaks'' (Mən qaydasındayam. Rusiya maşını heç vaxt sınmır) ifadəsini patentləşdirmək istəyir.

O, bu patentin alınması ilə bağlı sənədləri mayın sonlarında Rusiyanın müvafiq orqanına təqdim edib. Müraciətdən belə aydın olur ki, Oveçkin bu ifadədən qida məmulatlarında, geyim və suvenirlərdə, eləcə də öz akademiyasında istifadə etmək istəyir.

Xatırladaq ki, Oveçkin bu ifadəni ilk dəfə hələ 2006-cı ildə işlədib. O vaxt o, ''Vaşinqton''un müdafiəçisi Şon Morrisonla mübarizə zamanı buzun üstünə sərilmiş və komanda yoldaşlarının köməyi ilə arenanı tərk etmişdi. Ertəsi gün jurnalistlərin vəziyyəti ilə bağlı sualına cavab verərkən həmin ifadəni işlətmişdi. Hokkeyçinin sözü sonradan populyarlıq qazandı. ABŞ-da hətta üzərində bu ifadə yer alan köynəklər də satışa çıxarıldı. Amma Oveçkin istəyinə çatsa, artıq bu ifadəni ondan icazəsiz heç kim istifadə edə bilməyəcək. Ulduz hokkeyçi öz loqotipini də patentləşdirmək niyyətindədi. Belə ki, ona məxsus akademiyanın da öz loqotipi var.