“Böyük Dəbilqə” seriyalı turnirlərin 18 qat qalibi Kris Evert Rafael Nadal və Novak Cokoviçin dominantlıq dönəmini Aleksandr Zverev, Dominik Tim və Daniil Medvedevin qıracağını gözlədiklərinə görə yanıldıqlarını düşünür. Sport24.az xəbər verir ki, onun fikrincə, bu hegemonluğa Karlos Alkaras son qoydu: “Əvvəllər Zverev, Tim və Medvedevə böyük ümidlər bəsləyirdik. Amma bu gənclər ümidləri doğrultmadı. Adlarını çəkdiyim tennisçilər həmişə Nadal və Cokoviçdən səviyyəcə aşağıda olacaq. Amma mənə elə gəlir ki, onların səviyyəsinə yaxınaşır və hətta deyərdim ki, yaxınlıqda qərarlaşıb. O, böyük istedaddı. Bir tennis fanatı kimi Alkarasın Nadala qarşı oyununu səbirsizliklə gözləyirəm. Məncə, əsl dinamik görüş izləyəcəyik”.