UFC versiyası üzrə sabiq çempion Frensis Nqannu iştirak etmək istədiyi liqaların adlarını açıqlayıb. Sport24.az xəbrə verir ki, kamerunlu idmançı seçim edəcəyi çempionatın Afrikaya münasibətinə görə addım atacağını bildirib: “Liqa seçməli olsam, PFL, “Bellator” və “One Championship”də mübarizə apararam. Amma hansı liqanı seçəcəyimi deyə bilmərəm. Hərçənd, yaxşı sualdı. Onları bəyənməyimin əsas səbəbi strukturları və və biznes siyasətləridi. Bununla yanaşı, onlar Afrika da da yarış təşkil etmək istəyir. Bu, mənim üçün həlledici məqamdı”.

Xatırladaq ki, Nqannu UFC ilə anlaşa bilmədiyindən hazırda azad agent statusu əldə edib. Onun karyerasını boks yarışlarında davam etdirəcəyi də söylənilir.