Son illərdə biatlon turnirlərində norveçlilərin hegemonluğu bu idman növünün reytinqinə mənfi təsir göstərir. Sport24.az xəbər verir ki, digər ölkələrin biatlonçularının rəqabətdən kənarda qalması istər-istəməz tamaşaçı marağının azalmasına da səbəb olur.

Belə vəziyyət norveçlilərin özünə də xoş deyil. Ötənlərin əfsanəvi biatlonçusu Ule-Eynar Byorndalen buna görə günahı rəqiblərdə görürük: “Digər ölkələr gərək silkələnməlidir. Yohannes Bö və ya digər norveçli biatlonçular geridə qoymaq istəyirlərlərsə, uğur üçün hər cür yola əl atmalıdır. Məsələn, Almaniya kimi ölkənin heç bir kişi biatlonçusu dünya çempionatında medal qazana bilmədi. Fransa kişilərin yarışında heç mükafatçılar sırasına belə yaxınlaşmadı. Səbəb nədir, bilmirəm?! Norveçə yalnız İsveç əlcək ata bilir”.