Tailandın Phuket şəhərində ağırlıqqaldırma üzrə Dünya Kubokuna start verilib. Sport24.az xəbər verir ki, yarışın ilk günündə Nazilə İsmayılova körpücük üzərinə qalxıb.
45 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz 5-ci olub. O, toplam 127 kq (55+72) nəticə göstərib.
Dünya kuboku Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son turnirdir. Yarışda 121 ölkədən 466 (235+231) atlet yüksək yerlər uğrunda mübarizə aparır.
Qeyd edək ki, Dünya kubokuna aprelin 11-də yekun vurulacaq.