Biatlon üzrə Fransa millisinin məşqçiləri Vensan Vittoz və Patrik Favrın istefa verməsi qış idman növləri həvəskarları arasında geniş müzakirəyə səbəb oldu. Sport24.az xəbər verir ki, məsələ ondadır ki, hər iki məşqçi istefa qərarlarını açıqlayarkən komandanın üzvlərinin onlarının sözünü dinləmədiyini iddia edib.

Məsələyə, millinin aparıcı biatlonçusu, 2 qat Olimpiya çempionu Kenton Fiyon Maye münasibətini bildirib: “Biz hamımız birgə səhv etmişik. Müəyyən qədər də məsuliyyət mənim üzərimə düşür. Çətinlik yaranan kimi bizi dərhal mühakimə edirlər. Uğur qazananda bizi qəhrəman kimi qarşılayırlar. İşlər qaydasız getməyəndə ciddi təzyiqə məruz qalırıq. Yox, bəşqçilərimizi istefaya göndərməmişik, amma təşəbbüs bizdən gəlib. Yarışdan qabaq onlara artıq tapşırıqlarının keçərli olmadığını söylədim. Onlar artıq aradakı əlaqənin itdiyini anlayaraq istefa vermək qərarına gəldilər”