Ötən illərin məşhur qaydasız döyüş ustası Ceff Monson ABŞ vətəndaşlığından imtina etmək qərarına gəlib. Sport24.az xəbər verir ki, sabiq idmançı bunun üçün Qazaxıstana yollanacağını söyləyib: “ABŞ-ın Rusiyadakı səfirliyi qəbul etmir. Ona görə də Qazaxıstana yollanmalıyam. Orda sənədlərimi və ABŞ pasportunu təhvil verəcəyəm. Artıq bu ölkəni təmsil edə və ora yollana bilmərəm”.

Xatırladaq ki, Monson dəfələrlə ABŞ-ın siyasəti ilə razılaşmadığını söyləmişdi. 52 yaşlı sabiq qaydasız döyüş ustası 2018-ci ildə Rusiya vətəndaşlığını da qəbul edib.