Məşhur proumoter Eddi Hirn Tayson Fyuri ilə Aleksandr Usik arasında döyüşün keçiriləcəyinə şübhə edir. Sport24.az xəbər verir ki, onun fikrincə, görüş aprelin 29-da təşkil olunsa, britaniyalı ukraynalıya məğlub olacaq: “Bu döyüşün populyarlığını artırmaq üçün vaxta ehtiyacın olduğunu düşünmürəm. Onsuz da böyük döyüşdü. Amma indiki vəziyyətə nəzər salsaq, Fyurinin 6 həftədən sonra təşkil olnacaq görüşə hazır olacağını düşünmürəm. Hərçənd, fiziki planda o heç vaxt döyüşlərə hazır olmayıb və hər də dəfə də bizi yanıldıb. Bəlkə də, aprelin sonuna razılaşdı. Usikin “Twitter” paylaşımları yaxşı əlamət deyil, amma hər şey ola bilər. Ümid edirəm ki, tərəflər üz-üzə gələcək”.