Tükiyənin İstanbul şəhərində Balkan qış çempionatı keçirilib. Sport24.az xəbər verir ki, yarışda Azərbaycan millisinin heyətində ən yaxşı nəticəyə Lamiyə Vəliyeva atıb.

 

O, 400 m məsafəyə qaçışda 56,14 saniyə göstərici ilə 8-ci yeri tutub. Bu, U-23 və böyüklər arasında yeni Azərbaycan rekordudur. Lakin hələlik təsdiqini gözləyir.

 

Digər idmançılarımızdan Yekaterina Sarıyeva (üçtəkanla tullanma) zədə səbəbindən mübarizəni yarımçıq dayandırıb, Rüstəm Məmmədov 10-cu (üçtəkanla tullanma, 15,28 m), Kəsgin Abbaszadə 13-cü (uzunluğa tullanma, 7,07 m) və Əlhəm Nağıyev 16-cı (60 m məsafəyə qaçış, 7,01 san) yeri tutub.