Azərbaycan atleti Yekaterina Sariyeva Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Sport24.az xəbər verir ki, idmançı üçtəkanla tullanmada 14.12 metr nəticə ilə 3-cü yeri tutub.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın digər atleti Aleksis Kopello bu növdə gümüş medal əldə etmişdi.