Aprelin 3-də kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyi start götürəcək. Sport24.az xəbər verir ki, ilk dəfə keçiriləcək yarış 3 gün davam edəcək.
362 (285 oğlan, 77 qız) idmançının qüvvəsini sınayacaq turnir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunacaq. Birincilikdə oğlanlar və qızlar hərəsi 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcək.
Qeyd edək ki, yarışlar hər gün saat 09:00-da start götürəcək.