Hərbiçilər arasında xizək idmanı və biatlon üzrə dünya çempionatında rusiyalı idmançılar iştirak etməyəcək. Sport24.az xəbər verir ki, bu barədə qərarı İsveç höküməti qəbul edib.

Bu qurum rusiyalı idmançılara ölkə ərazisinə qədəm qoymaq üçün viza verməyəcək. Qərarın qəbul olunmasında məqsəd heç də rusiyalı idmançılara qarşı ayrıseçkilik deyil. Sadəcə, bu çempionatda hərbiçilər yarışacağından hökümət təhlükəsizlik tədbirləri məqsədi ilə bu addımı atıb.

Xatırladaq ki, mundial martın 27-dın 31-nə qədər davam edəcək.