Rusiya idmançıları beynəlxalq yarışlardan kənarda qaldığı kimi, bu ölkənin əlindən müxtəlif turnirlərin təşkilatçılıq hüququ da alınır Sport24.az xəbər verir ki, artıq ruslar bu il keçilrilməli olan gənclər arasında hokkey üzrə dünya birinciliyini təşkil etmək hüququndan da məhrum edilib.

SSRİ millisinin əfsanəvi qapıçısı və Rusiya Hokkey Federasiyasının prezidenti Vladislav Tretyak məsələyə münasibət bildirərək Beynəlxalq Hokkey Federasiyasını qınayıb: “Necə olur, 55 hokkeyçimiz MHL-də çıxış edir və onlara heç kim toxunmur, amma siz Omsk və Novosibirskdə keçirilməli olan gənclər arasında dünya çempionatını əlimizdən alırsınız. Orada arenaları məhz bu mundiala görə hazırlamışdıq. Təhlükəsizlikdən dəm vururlar. Halbuki, Rusiyada nə qədər ukraynalı yaşayır, amma heç kim onlara toxunmur. Hər sözləri bəhanədi".