Aprelin 2-də gənclər və idman nazirinin müavini Mariana Vasileva nazirliyin regional gənclər və idman idarələrinin rəisləri və uşaq-gənclər idman məktəblərinin (UGİM) direktorları ilə görüş keçirib.
Sport24.az xəbər verir ki, görüşdə UGİM-lərdə elektron bazanın yaradılması, aylıq hesabatların tərtib edilməsi qaydaları, yay və qış düşərgələrinin təşkili və digər məsələlər müzakirə olunub.
İdarələrin və məktəblərin rəhbərlərini dinləyən nazir müavini Mariana Vasileva UGİM-lərin fəaliyyətlərinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.