Beynəlxalq Avtomobil Federasiyası (FİA) 2025-2027-ci illər aralığında Formula 1 komandaları üçün şin təchizatı ilə ilə bağlı tender elan edib. Sport24.az xəbər verir ki, hazırda “Kral avtoyarışları”nda “Pirelli” şinlərindən istifadə edilir.

İtaliya şirkəti 2011-ci ildən Formula 1 komandalarını şinlə təmin edir. Tenderdə hansı şirkətin qalib gələcəyindən asılı olmayaraq, təkər üzlərinin xarakteristikası dəyişməyəcək. Buna baxmayaraq, tenderdə qalib gələcək komanda ekoloji tələblərə cavab verməlidir. Əks halda, onunla müqavilə imzalanmayacaq.