Norveçdə xizək idmanı və biatlon üzrə Dünya Kubokunun mərhələ yarışları başa çatıb. Sport24.az xəbər verir ki, Holmenkollen şəhərində xizək idmanı üzrə qadınlar arasında marafon yarışında Raqnil Haqa qalib gəlib. Norveçli 2 qat olimpiya çempionu 50 km məsafəni 2 saat 13 dəqiqə 36 saniyəyə qət edərək dünya kubokunda 2-ci qızıl medalını qazanıb. Ondan 0,3 saniya geri qalan həmyerlisi Astrid Slin 2-ci yerə sahib çıxıb. Amerikalı Cessika Diqqins isə 3-cü ən yaxşı nəticəni göstərib. 

Östersun şəhərində keçirilən biatlon üzrə Dünya Kubokunda isə mass-start yarışları keçirilib. Kişilərin mübarizəsində daha bir norveçli idmançı fərqlənib. Pekin Olimpiadasının qalibi və 3 qat dünya çempionu Vetle Kristiansen atışlarda heç bir yanlışlığa yol vermədən 15 km məsafəni 35 dəqiqə 17 saniyəyə qət edərək fəxri kürsünün ən üst pilləsinə qalxıb. Ondan 9,1 saniyə geridə qalan həmyerlisi Yohannes Dale ikinci olub. Fransalı Erik Pero ə finiş xəttini 3-cü keçib.

Qadınların mass-start yarışında isə italiyalı Doroteya Virer 12 km məsafəni 31,58 saniyəyə geridə qoyaraq rəqiblərini qabaqlayıb. Fəxri kürsünün 2-ci və 3-cü pillələrini isə fransalı biatlonçular Lu Janmonnola Julia Simon tutub.