Xizək idmanı üzrə Dümya Kubokunun 12-ci mərhələsi start götürüb. Sport24.az xəbər verir ki, Norveçin Drammen şəhərində təşkil olunan yarışın ilk günündə sprinterlər mübarizəyə qoşulub.

Qadınların mübarizəsində ilk 5 pillənin hamısını yerli idmançılar tutub. İndiyə qədər karyerasında heç bir böyük titul qazanmayan Kristine Şistad gözlənilmədən yarışın qalibi olub. O, 1,2 km məsafəni 2 dəqiqə 49 saniyəyə qət edib. Pekin Olimpiadasının qalibi Yonna Sundlinq isə 2-ci yeri tutub. 4 qat dünya çempionu liderdən 1,3 saniyə geridə qalıb. 2 qat dünya çempionu Tiril Venq isə 3-cü ən yaxşı nəticəni göstərib.