Rusiyanın beynəlxalq yarışlardan kənarlaşdırılması bu ölkənin bəzi idmançılarının vətəndaşlığını dəyişib xaricə üz tutmasına səbəb olur. Sport24.az xəbər verir ki, bu mənada Rusiya şahmatçıları xüsusi fəallıq nümayiş etdirir.

Artıq digər idman növlərinin nümayəndələri arasında da canlanma hiss olunur. Rusiya Xizək İdmanı Federasiyasının prezidenti Yelena Vyalbe bunu planlaşdıranları tənqid edib: “Sənin böyüdən, bəsləyən, hətta valideynlərinə belə çörək verən ölkəni qoyub getmək asandır? Bu sənin üçün heç nədir? Sən bu komandadasansa, başqa heç nə haqda fikirləşməməlisən. Neçə il bu ölkənin millisində çıxış etməyinin heç bir əhəmiyyəti yoxdur. Sən bu dövlətin himayəsindəsən. Belə vəziyyətdə ölkəni satmağa hazırsan? Mən buna başqa izah verə bilmirəm. Mənim üçün bu, Vətənə xəyanətdir! Ümid edirəm ki, bizim belə xizəkçilərimiz yoxdu".