Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezident müəyyənləşib. Sport24.az xəbər verir ki, bu, zimbabveli Kirsti Koventri olub.

 

O, BOK-un 10-cu prezidenti seçilib.

 

Kristi Koventri BOK-un Yunanıstanda keçirilən 144-cü sessiyasında qalib gəlib və qurumun tarixində ilk qadın prezident olub.

 

İkiqat Olimpiya çempionu olan Koventri qarşıdakı 4 il ərzində quruma rəhbərlik edəcək və iyunun 24-dən vəzifəsinin icrasına başlayacaq.