Azərbaycanın güllə atıcısı Ruslan Lunyov İspaniyanın Qranada şəhərində keçirilən ISSF Qran-Pri turnirində qızıl medal qazanıb. Sport24.az xəbər verir ki, 33 yaşlı idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada bütün rəqiblərini üstələyərək yarışın baş mükafatına sahib çıxıb.

​Bu yerdə bildirək ki, Lunyov bu il Sloveniya və Xorvatiyada keçirilən analoji turnirlərdə müvafiq olaraq qızıl və gümüş medal qazanmışdı.