Azərbaycanın çövkən yığmasının dünya çempionatındakı rəqibləri bəlli olub. Bu barədə Azərbaycan Atçılıq Federasiyasından məlumat verilib.

 

Rəqiblər Daşkənddə keçirilən Asiya çempionatından sonra müəyyənləşib. Yarışın qalibi finalda Pakistanı 4:0 hesabı ilə məğlub edən Özbəkistan millisi olub. Pakistan ikinci, Qazaxıstan yığması isə üçüncü yeri tutub.

 

Beləliklə, dünya çempionatında Azərbaycan yığması Özbəkistan və Pakistana rəqib olub.