Avstriyanın Veyz şəhərində "Savate Assault" üzrə Avropa çempionatı keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan idmançısı (savat) Beyrək Bağırov (85 kq) yarışda bürünc medal qazanıb.
O, qrup mərhələsində Ukrayna və Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu raundda fransalı rəqibinə məğlub olan idmançı qitə birinciliyini bürünc medalla başa vurub.