Azərbaycan millisi Serbiyanın Smederevo şəhərində gənclər arasında güllə atıcılığı üzrə Qran-Pridə daha 2 medal əldə edib. Sport24.az xəbər verir ki, 10 metr pnevmatik tapançadan atəş yarışlarında oğlanlardan ibarət yığmamız komanda yarışında qalib adına yiyələnib.
Qızlardan ibarət millimiz isə Qran-prini gümüş medalla başa vurub.
Qeyd edək ki, daha öncə 10 metr məsafəyə atəş açmada Vladislav Kalmıkov qızıl, Leyli Əliyeva gümüş, İmran Qarayev bürünc medal qazanıblar.