Azərbaycanın yeniyetmə karateçiləri Rusiyanın Oryol şəhərində keçirilmiş "Karat Cup" beynəlxalq turnirində 5 medal qazanıb. Sport24.az xəbər verir ki, "Jaguar" İdman Klubunun idmançılarından Şamo Kamilov (+70 kq) gümüş, Murad Dinç (70 kq), Bəhman Orucov (57 kq) və Sultan Səlimov (52 kq) şəxsi kumite yarışlarında bürünc mükafata sahib çıxıblar.

 

Komanda kumite yarışlarında Şamo Kamilov, Murad Dinç, Bəhman Orucov və Sultan Səlimov bütün rəqiblərini qabaqlayaraq qızıl medala yiyələniblər.

 

Qeyd edək ki, beynəlxalq turnirdə 5 ölkədən (Rusiya, Azərbaycan, Belarus, Qazaxstan və Ermənistan) 500-ə yaxın karateçi mübarizə aparıb.