“Masters” seriyalı İndian Uells turnirnin qalibi olan Karlos Alkaras yenidən ATP reytinqinin zirvəsinə yüksəlsə də, bunun Novak Cokoviçin turnirdə iştirak etməməsi səbəbindən baş verdiyi heç kimə sirr deyil. Sport24.az xəbər verir ki, Eeə Alkaras da “Australian Open”də çıxış etmədiyinə görə reytinqin zirvəsini serbiyalıya təhvil vermişdi.

Finalda Alkarasa məğlub olan Medvedev belə vəziyyətin yaranmasını tennisçilərin özləri ilə əlaqələndirib: “Əlbəttə, Cokoviç İndian-Uellsdə çıxış etsəydi, zirvədəki yerini qoruyacaqdı. O, isə vaksin olunmadığına görə bütün turnirlərə qatıla bilmir. Təəssüf ki, onun çıxışını izləyə bilmirik. Bu sözləri Nadala da aid etmək olar. Zədə onu çox geri salır. Belə problem yaşamasaydı, o da dünyanın 1 nömrəsi ola bilərdi. “Elə olmasayı, belə olmasaydı” deyirik, amma həqiqətən də bunlar olmamalıdır. Alkarasa gəlincə, o layiqli şəkildə reytinqə başçılıq edir. Son 52 həftədə ən çox xal toplayan tennisçi odur. Reytinqlər belə tərtib olur”.